Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İran ABŞ-la razılaşma mətninin hələ təsdiqlənmədiyini açıqlayıb
İran ABŞ-la razılaşma mətninin hələ təsdiqlənmədiyini açıqlayıb

İran ABŞ-la silahlı münaqişənin sülh yolu ilə nizamlanmasına dair heç bir razılaşma mətnini hələ təsdiqləməyib. Bu, ABŞ Prezidenti Donald Trampın iyunun 11-də müharibənin dayandırılması ilə bağlı razılıq əldə olunduğunu bəyan etməsinə baxmayaraq baş verib.

Bizimyol.info xəbər verir ki, bu barədə “Fars” agentliyi mənbəyə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, ABŞ liderinin İranla yekun razılaşmanın bir neçə əsas elementinin razılaşdırıldığını bildirməsindən bir müddət sonra İranın danışıqlar qrupuna yaxın mənbə açıqlayıb ki, ABŞ-la ilkin memorandum üzrə heç bir mətn İslam Respublikası tərəfindən təsdiqlənməyib.

Daha sonra Tramp ABŞ-ın İranla müharibənin başa çatdırılması barədə razılığa gəldiyini, lakin müvafiq sənədlərin hələ imzalanmadığını bildirib. “Fars”ın İran tərəfinin memorandum mətnini hələ razılaşdırmadığı barədə xəbərindən sonra isə Tramp İranın ali lideri ayətullah Müctəba Xameneinin gələcək razılaşmanın şərtlərini təsdiqləyə biləcəyini iddia edib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »