Ötən sutka ərzində İsrailin Livanın cənubundakı yaşayış məntəqələrinə endirdiyi aviazərbələr nəticəsində 15 nəfər ölüb, 70 nəfər xəsarət alıb.
"Report" xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyi "X" sosial şəbəkəsində bildirib.
"Martın 2-də hərbi eskalasiya başlayandan bəri ölənlərin ümumi sayı artaraq 3 711-ə, yaralananların sayı isə 11 483-ə çatıb", - məlumatda vurğulanıb.
Qeyd olunub ki, Tir şəhərində və onun ətrafında xilasetmə işləri davam edir və günün sonunadək ölənlərlə xəsarət alanların sayı arta bilər.






