Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Meloni: Avropa Moskva ilə dialoqa başlama yolları tapmalıdır
Meloni: Avropa Moskva ilə dialoqa başlama yolları tapmalıdır

İtaliyanın Baş naziri Giorgia Meloni Avropanın Moskva ilə qarşılıqlı əlaqə və dialoq mexanizmləri axtarmasının vacibliyini bildirib.

Bizimyol.info xəbər verir ki, o, bu fikri İtaliya parlamentinin aşağı palatasında çıxışı zamanı səsləndirib.

Meloninin sözlərinə görə, Avropa İttifaqı Rusiya ilə münasibətlərdə praqmatik yanaşma sərgiləməli və əməkdaşlıq üçün yolları müzakirə etməlidir.

“Avropa üçün Moskva ilə qarşılıqlı əlaqə yolları üzrə birgə və praqmatik müzakirələrə başlamağın zəruriliyi məsələsini davamlı olaraq gündəmə gətirirəm. Hüquqi sərhədlərin qorunması məqsədlərimizə çatmaq üçün zəruri olan kanalların açıq saxlanmasına mane olmur. Avropa İttifaqı bu dialoqa rəhbərlik etməyə hazır olmalıdır, əks halda prosesə sadəcə tabe olmaq səhv olar”, – deyə İtaliya Baş naziri vurğulayıb.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »