Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qulu Ağsəs gələcəkdən xatirələr danışır...
Qulu Ağsəs gələcəkdən xatirələr danışır...

Qulu Ağsəs: "Saat 6-nı gözləyirəm" dedi.

Yox, təzə kitabın adıdır. Qulu saat 6-nı "gözləsə də", kitabın tanıtımını bu gün elədi. Litera kitab mağazasında. İşıqlar sönmüşdü. Qulunun işığı yanırdl.

Kitabı aldım. Baxdım, elə birinci səhifədən adamın iliyinə işləyir. Ruhuna hopur.

Qulu Ağsəs gələcəkdən xatirələr danışır...

Dünyaya göz açdığı Abdal Gülablı kəndini, gör, necə tanıdır bizə?!

"Adamlar günəşi yandırıb işə çıxır, söndürüb yatırdılar..."

Adamın nitqi tutulur, bilmirsən, nə deyəsən?!

Qulu özündən deyən biri deyil, ya da elədir, nə bilək?! Bəlkə elə özündən demək lazımdır.

Məncə də. İfrat təcazökarlıq - ritakarlığın bir şəklidir. Qulu da bu gün kitabının tanıtımını elədi, deməli, təvazökardı, amma ifrata da varmır. Danışanlar da haqqına təriflədilər. Qulu çox özündən deyən olmasa da, onun özündən özünə deyən çox oldu.

Çingiz Abdullayev dedi, yaradıcı adam gərək heç təvazökar olmasın, çünki "biz istəyirik, yazdığımızı oxusunlar... Yaratdığımızı gərək göstərək..."

Məti Osmanoğlu isə Qulu Ağsəsdən gələcəyin xatirəsini umurdu. Osip Mandelştamdan sitat gətirdi: "Şeir - gələcəyin xatirəsidir".

Gələcəyi xatirəyə çevirəndi şair, eləmi?!

Qulu Ağsəs bu gün gələcəkdən xatirələr danışdı - şeirləri oxundu. Nəsri də şeir kimi yazan şair bu gün yeni kitabı ilə yenidən doğuldu.

"Böyük şair ol" deyəcəm. Ancaq sən onsuz da çox böyümüsən... İndiyədək yazdıqlarınla, indən sonra yazacaqlarınla böyüksən...

Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi

Bahəddin Həzi

Son xəbərlər
Bütün xəbərlər »