Ümumdünya Səhiyyə Təşkilatının apardığı araşdırmalardan məlum olub ki, dünyada hər 10 yeniyetmədən biri sosial şəbəkə platformalarındakı zərərli kontentə məruz qalır.
Bizimyol.info xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyində keçirilmiş müzakirələrdə Səhiyyə Nazirliyinin nümayəndəsi Aynurə Zeynalova deyib.
O bildirib ki, tibbi araşdırmalar sosial şəbəkələrdə zərərli kontentə məruz qalan uşaqların səhhətində ciddi problemlərin yarandığını üzə çıxarıb.
Aynurə Zeynalova uşaqların sosial şəbəkələrin zərərli təsirindən qorumaq üçün qanunvericiliyə dəyişiklikləri dəstəkləyib. Bundan başqa Ədliyyə Nazirliyinin idarə rəisi Aytən Məmmədova, Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sektor müdiri Seymur Məmmədov, Milli Kibertəhlükəsizlik Agentliyinin sektor müdiri Həvva Hüseynli və başqa rəsmi qurumların təmsilçiləri çıxış edərək qanun layihəsi ilə bağlı fikirlərini bildiriblər, sənədi dəstəkləyiblər.
Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini Rəşad Həsənov deyib ki, bu qanuna cəmiyyətdə bu qanun layihəsində əks olunan yeniliklərə böyük dəstəkvar. Rəşad Həsənov deyib ki, Sosial Tədqiqatlar Mərkəzinin apardığı tədqiqatlar göstərib ki, məktəb yaşlı uşaqların valideynlərinin 90,5 faizi indi təklif olunan qadağaları dəstəkləyir. Nazir müavini deyib ki, ümumiyyətlə, respondentlərin 87,3 faizi 16 yaşdan aşağı yaşda olan uşaqların sosial şəbəkələrdən istifadə etməsinin əleyhinədir.
S. Əhmədli,
Bizimyol. info






