Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğan: "Türkiyə İsrailin Beyruta hücumlarına göz yummur"
Ərdoğan: "Türkiyə İsrailin Beyruta hücumlarına göz yummur"

Dəməşəq və Beyrut İstanbulun iki qardaş şəhəridir.

"Report" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "X" sosial şəbəkə hesabında yazıb.

"Türkiyənin təhlükəsizliyi təkcə Hataydan deyil, Hələbdən, Dəməşqdən və Beyrutdan başlayır", - o bildirib.

Ərdoğan bildirib ki, Türkiyə bu şəhərlərə qarşı həyata keçirilən heç bir hücuma göz yummur.

Qeyd edək ki, İsrailin Baş naziri Benyamin Netanyahu "Hizbullah"ın hücum edəcəyi təqdirdə Livanın paytaxtı Beyrut və qruplaşmanın digər məntəqələrdəki obyektlərinə zərbə endirəcəyini bəyan edib. Livan isə İsraillə quruda, havada və dənizdə hərtərəfli atəşkəsin təmin olunması mövqeyindən çıxış edir.

Son xəbərlər
Bütün xəbərlər »