Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Müxalifət-hakimiyyət toqquşması dərinləşir: Ermənistan üçün kritik dövr
Müxalifət-hakimiyyət toqquşması dərinləşir: Ermənistan üçün kritik dövr

Ermənistanda seçkilərdən sonra siyasi qarşıdurma səngimək əvəzinə daha da kəskinləşir. Hakimiyyət nümayəndələrinin müxalifət liderlərinə qarşı sərt ittihamlar səsləndirməsi ölkədə daxili gərginliyin artdığını göstərir. Baş verənlər Ermənistanın yaxın dövrdə siyasi sabitlik baxımından ciddi sınaqlarla üzləşə biləcəyini ortaya qoyur.

  • Ermənistanda müxalifətə qarşı sərtləşən mövqe ölkədə siyasi sabitliyi gücləndirəcək, yoxsa yeni qarşıdurmalara yol açacaq?

Politoloq Zeynal Əmrəliyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, seçkilərdən sonra, əlbəttə ki, narahatlıqların baş verməsi ehtimalı çox yüksək idi. Çünki Ermənistanda olduqca gərgin seçki atmosferi yaşandı: “İndiyə qədər keçirilən seçkilər arasında bəlkə də ən gərgin olanı məhz bu seçkilər idi. Müxalifətin bir hissəsi “beşinci kolon” rolunda çıxış edir və Rusiya tərəfindən ciddi şəkildə dəstəklənirdi.

Məsələn, Samvel Karapetyan, Robert Köçəryan və onların ətrafında olan siyasi dairələr bu kontekstdə göstərilir. Bildirilir ki, bu qruplar Rusiya tərəfindən dəstəklənir və Moskva Ermənistandakı seçki prosesinə təsir göstərməyə, hökumətin Qərbə inteqrasiya siyasətini zəiflətməyə və Nikol Paşinyan və onun komandasının seçkilərdə qalib gəlməsinin qarşısını almağa çalışıb”.

Politoloqun fikrincə, bu səbəbdən seçkilərdən sonra müəyyən gərginliyin yaranması da gözlənilən idi.

Artıq Sarukyana cinayət işinin açıldığı barədə məlumatlar da yayılıb.

Ermənistan mediasının yazdığına görə, Paşinyan Qaqik Sarukyana birgə hərəkət etməyi və loyal müxalifət rolunu oynamağı təklif edib, lakin Sarukyan bu təklifdən imtina edib. Hazırda onun komandası ətrafında müəyyən istintaq və hüquqi tədbirlərin həyata keçirildiyi bildirilir.

Politoloq vurğulayıb ki, gələcəkdə Samvel Karapetyan və Robert Köçəryana qarşı da oxşar addımların atılacağı, hətta keçmiş prezidentin həbsi ehtimalının gündəmə gələ biləcəyi də gözləniləndir.

Zeynal Əmrəliyev bildirib ki, bu fonda müxalifətin etirazları artırmağa və hökuməti yıpratmağa çalışacağı ehtimal olunur. Lakin ümumi qiymətləndirmələrə görə, Nikol Paşinyan seçkilərin qalibidir və hökuməti formalaşdırdıqdan sonra inzibati resurslardan istifadə etməklə radikal müxalifətə qarşı daha sərt addımlar ata bilər.

Politoloq bildirib ki, belə bir ssenaridə gərginliyin azalması deyil, əksinə daha da artması ehtimalı daha yüksək görünür.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »