Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Günay Hüseynova: “Heyvandarlıqla məşğul olanların azalması qiymətləri artırır”
Günay Hüseynova: “Heyvandarlıqla məşğul olanların azalması qiymətləri artırır”

Azərbaycanda ət bazarında qiymətlərin stabilləşdirilməsi üçün əsas hədəf istehsalın artırılması və maya dəyərinin azaldılmasıdır. Kənd Təsərrüfatı Nazirliyinin müavini Zaur Əliyev bildirib ki, görülən tədbirlər ət istehsalını genişləndirmək, məhsuldarlığı artırmaq və istehsal xərclərini minimuma endirmək məqsədi daşıyır.

Hazırda ölkədə mal ətinə olan tələbatın 83,7 %-i, qoyun ətinə tələbatın 94,2 %-i, quş ətinə tələbatın isə 82 %-i yerli istehsal hesabına qarşılanır ki, bu da daxili bazarın böyük hissəsinin yerli məhsullarla təmin olunduğunu göstərir.

Saytımızın şərh bölməsində vətəndaş bildirib ki, bir dana saxlayıb kəsimə hazırlayan insanın çəkdiyi əməyə qarşılıq olaraq 1.6 -2 ilə 700-1000 manat arasında gəlir əldə edir. Bu hesablamada gündəlik gəlir 1,5 qəpik olur. Buna görə də heyvan saxlayanların sayı gündən-günə azalır.

  • Azərbaycanda ət qiymətləri sabit qala bilərmi?
  • Vətəndaş iddiasında haqlıdırmı, yoxsa iddia olunandan daha yüksəkdir qiymətlər?

Bu barədə Bizimyol.info xəbər portalına danışan iqtisadçı ekspert ekspert Günay Hüseynova bildirib ki, ətə olan tələbat xüsusi ilə bayram ərəfəsində daha çox artır: “Yerli istehsalla yanaşı idxal hesabına mövcud şəraitdə qiymətlər nisbətən tarazlanıb. Ətə olan tələbat mövsümi olaraq və xüsusi olaraq da bayram ərəfəsində daha çox artır. Bu zaman da işbazlar tərəfindən qiymət artımı olsa da kənd təsərrüfatı, eyni zamanda da iqtisadiyyat nazirliyi tərəfindən profilaktik tədbirlər görülür”.

Günay Hüseynova deyib: “ Vətəndaşın səsləndirdiyi fikirləri isə əsassız hesab edirəm. Əvvəla onu qeyd edim ki, kənd və rayonlarda vətəndaşa hektarlarla pay torpağı paylanıb- yonca və.s kimi heyvanın qidalanması üçün əkilən məhsul da hətta bir neçə dəfə biçilir. Bundan əlavə bəzi məhsullar var ki, onun üçün dövlət büdcəsindən dotasiya və subsidiyalar ayrılır.

İkinci bir əsassız iddia isə ondan ibarətdir ki, mal-qara qeyd etdiyi qiymətə satılmır. Yeni doğulmuş iri buynuzlu heyvanın balası 1 aylıq, vətəndaşın iddia etdiyi qiymətə satılır.

Üçüncü bir məsələ odur ki, xırda buynuzlu heyvan ildə iki dəfə bala verir. Əksərən əkiz bala verir-il hesabı ilə, yəni 4 bala. Qurban bayramı ərəfəsi 1 orta çəkili xırda buynuzlu heyvan minimum 350-400 manata təklif olunur. Yəni bu sahənin gəlirliliyi vətəndaşın iddia etdiyi kimi acınacaqlı deyil”.

Günay Hüseynova həmçinin vurğulayıb: “Heyvandarlıqla məşğul olmaq istəməyənlərin sayının artması hesabına qiymətlər müəyyən həddə yüksəlib. Bu sahənin çətin olması, bəzi məmurlar tərəfindən otlaq sahələrinin zəbt edilməsi və.s kimi vətəndaşların iddia etdiyi neqativ hallar var”.

Günay Hüseynova əlavə edib: “Ən əsas səbəb isə rayon və kəndlərdə çətin həyat şəraiti ilə əlaqəlidir. Hələ də elə kəndlərimiz var ki, qazla təchiz olunmayıb, işıq saatla verilir, kəndin yolunun asfalt örtüyü yoxdur. Qeyri-stabil keçən hava şəraitində vəziyyət daha da iflic olur.

Qiymətləri əlçatan etmək üçün ilk növbədə təsərrüfatla məşğul olan kəndlinin də iqtisadi maraqlarını qorumalıyıq”.

Günel Həsənova, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »