Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İraq hava məkanını yenidən sərnişin təyyarələri üçün açıb
İraq hava məkanını yenidən sərnişin təyyarələri üçün açıb

İraqın hava məkanı yenidən sərnişin təyyarələrinin hərəkəti üçün açılıb.

Bizimyol.info xəbər verir ki, bununla bağlı ölkənin Mülki Aviasiya İdarəsi rəsmi bəyanat yayıb.

“İraq səması ölkə aeroportlarına istiqamətlənən və oradan uçan təyyarələr üçün yenidən açılıb. İraq hava məkanında hərəkət tam bərpa olunub”, - deyə qurumun INA agentliyi vasitəsilə yaydığı açıqlamada bildirilir.

Qeyd edək ki, İranın İsrailə endirdiyi zərbələr fonunda bir gün əvvəl İraq hava məkanının bağlanması barədə qərar qəbul edilmişdi.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »