“Facemark” şirkətinin təşkilatçılığı ilə keçirilən Milli Marketinq Forumu uğurla tamamlanıb. Forum çərçivəsində marketinq, rəqəmsal kommunikasiya, biznes və kontent sahələrini təmsil edən 500-dən çox iştirakçı bir araya gələrək fikir mübadiləsi aparıb, yeni əməkdaşlıq imkanlarını müzakirə edib və sahənin aktual mövzularına toxunub.
Forumun rəsmi media tərəfdaşı Bizimyol.info xəbər verir ki, tədbirin açılış nitqi ilə çıxış edən “Facemark” şirkətinin təsisçisi Rafiq Hunaltay forumun məqsədi, kontent ekosistemində baş verən dəyişikliklər və gələcəyin imkanları haqqında fikirlərini bölüşüb. Daha sonra çıxış edən ASAN İnnovativ İnkişaf Mərkəzinin rəhbəri Aysel Cəbrayılova innovasiya və süni intellektin yaratdığı yeni imkanlardan bəhs edib.
Forum gün ərzində müxtəlif panel müzakirələri, çıxışlar və interaktiv sessiyalarla davam edərək iştirakçılar üçün həm öyrədici, həm də faydalı platformaya çevrilib. “AI işığında” konsept mesajı ilə keçirilən forum marketinq, kommunikasiya və kreativ sənayenin aparıcı simalarını bir araya gətirib.
Forumun baş sponsoru ABB olub. Tədbirin Gold sponsoru “Times Consulting”, sponsoru isə “İnsure.az” platforması olub. Tədbir “Markup Agency”nin dəstəyi ilə həyata keçirilib.
Forum çərçivəsində keçirilən panel müzakirələri iştirakçılara süni intellektin biznesə təsiri, marketinq kommunikasiyalarında yeni yanaşmalar və kreativ sənayenin gələcəyi ilə bağlı müxtəlif baxış bucaqları təqdim edib.

I Panel “AI işığında brendlər”
Forumun ilk paneli “AI işığında brendlər” mövzusuna həsr olunub. Panel çərçivəsində süni intellektin brendlərin inkişaf strategiyalarına, marketinq yanaşmalarına və istehlakçı davranışlarına təsiri müzakirə edilib.
Moderator: Aysel Süleymanova — Bakcell Kommunikasiya direktoru
Spikerlər:
- Əliyar Hüseynov — P&G Marketinq və Kommersiya Direktoru
- Orxan Məmmədov — CFI Financial Group Azərbaycan üzrə Marketinq Direktoru
- Əli Daşdəmirov — Profex Group Marketinq direktoru
- Vəfa Səfərli — ABB Marketinq direktoru
Panel iştirakçıları tədbir boyunca QR kod vasitəsilə spikerlərə suallar ünvanlayaraq müzakirələrdə interaktiv iştirak imkanı əldə ediblər.
II Panel “Marketinq kommunikasiyaları”
Forumun ikinci paneli marketinq kommunikasiyalarında dəyişən tendensiyalar, brendlərin kommunikasiya strategiyaları və istehlakçı ilə effektiv əlaqə modellərinə həsr olunub.
Moderator: Şaban İmkani — Bakı Metropoliteni QSC Kommunikasiya departamentinin rəisi
Spikerlər:
- Aslan Həsənli — Baku Electronics Marketinq departamentinin direktoru
- Sənubər Nəzərova — Veysəloğlu Şirkətlər Qrupu Korporativ Kommunikasiyalar üzrə Qrup direktoru
- Natəvan Bayramova — Referans Medical Group Marketinq və Kommunikasiya departamentinin rəhbəri
- Nigar Məmmədova — Birbank, eksper funksional lider
- Arzu Salman — Gardashlar Mebel Marketinq və Kommunikasiya departamenti direktoru
- Ramin Fərəcullayev — Başkent Restoranlar Şəbəkəsinin Marketinq rəhbəri
Panel çərçivəsində iştirakçılar müasir kommunikasiya strategiyalarının biznes nəticələrinə təsiri və dəyişən istehlakçı gözləntiləri barədə fikir mübadiləsi aparıblar.
Forum çərçivəsində xüsusi məruzəçi qismində Bolt-un Biznes Vertikalı üzrə rəhbəri Salman Babazadə çıxış edib. O, biznes ekosistemlərində innovativ yanaşmalar, texnologiyanın inkişafı və yeni istehlakçı davranışları barədə fikirlərini iştirakçılarla bölüşüb.
III Panel “Kreativ sənayenin təkamülü”
Forumun yekun paneli kreativ sənayenin transformasiyası, süni intellektin yaradıcılıq proseslərinə təsiri və gələcəyin kreativ ekosistemi mövzusuna həsr olunub.
Moderator: Fərhad Şabanov — Endorphin Partnyor / İcraçı direktor, Cannes Lions Festivalının Azərbaycan üzrə rəsmi nümayəndəsi
Spikerlər:
- Zaur Məmmədvəliyev — Rejissor, kreativ prodüser
- Sarvan Hüseyn — Kinorejissor, fotoqraf, retuşçu və süni intellekt üzrə mütəxəssis
- Fariz Əliyev — Prodüser / Ssenarist
- Pərviz İsaqov (Promete) — mikpro Musiqi Yayım Şirkətinin həmtəsisçisi, reper və musiqi prodüseri

Panel ərzində iştirakçılar kreativ sənayenin transformasiya prosesi, texnologiyanın yaradıcılığa təsiri və gələcəyin yaradıcı iqtisadiyyatına dair baxışlarını bölüşüblər.
Forum müxtəlif sahələrdən peşəkarları bir araya gətirərək bilik mübadiləsi, yeni əməkdaşlıqlar və gələcək perspektivlərin müzakirəsi üçün mühüm platforma rolunu oynayıb. Gün ərzində baş tutan çıxışlar, panel müzakirələri və interaktiv sessiyalar iştirakçılara yeni baxış bucaqları qazandıraraq, sahənin gələcəyinə dair dəyərli fikir mübadiləsinə şərait yaradıb.






