Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qrossi: BAEA İranın nüvə silahı hazırladığını heç vaxt bəyan etməyib
Qrossi: BAEA İranın nüvə silahı hazırladığını heç vaxt bəyan etməyib

Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) İranın nüvə silahı hazırladığı ilə bağlı heç vaxt bəyanat verməyib.

Bizimyol.info xəbər verir ki, bu barədə qurumun baş direktoru Rafael Qrossi açıqlama verib.

“Biz heç vaxt onların bunu etdiyini deməmişik. Obyektlərinə çıxışımız olan dövrdə də bunu söyləməmişik. Hazırda da belə bir iddia irəli sürə bilmərik”, - deyə o, Vyanada keçirilən mətbuat konfransında bildirib.

Qrossi qeyd edib ki, Tehran keçmişdə agentliyin suallarını hər zaman tam şəkildə cavablandırmayıb.

BAEA rəhbərinin sözlərinə görə, hərbi əməliyyatların başlanmasından sonra agentlik artıq təxminən bir ildir ki, İranın nüvə obyektlərinə çıxış imkanına malik deyil. Yalnız bu yaxınlarda Buşəhr Atom Elektrik Stansiyasında inspeksiya aparılıb.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »