Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İsrail İrana genişmiqyaslı zərbələr endirib
İsrail İrana genişmiqyaslı zərbələr endirib

İsrail Hərbi Hava Qüvvələri İran ərazisinin dərinliklərinə iki dalğa şəklində genişmiqyaslı hava zərbələri endirib. Hücumlar nəticəsində doqquz hava hücumundan müdafiə sistemi məhv edilib, həmçinin iri neft-kimya kompleksi vurulub. İsrail Müdafiə Ordusu qarşıdakı bir neçə gün ərzində hərbi əməliyyatların davam etdirilməsinə hazırlaşdıqlarını bildirib.

Bizimyol.info xəbər verir ki, hərbi mənbələrin məlumatına görə, əməliyyat İran və Yəmən tərəfindən həyata keçirilən kombinə olunmuş raket hücumlarına cavab olaraq təşkil edilib.

Son sutka ərzində İsrail ərazisinə İran istiqamətindən 22 raket, husilər tərəfindən isə daha iki raket atılıb. Raketlərin bir hissəsi hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib, bir raket isə hədəfə çatmadan yerə düşüb.

İsrail komandanlığı bildirir ki, İran ərazisinə endirilən zərbələr əsas müdafiə elementlərinin sıradan çıxarılmasına yönəlmiş, əvvəlcədən dəqiq planlaşdırılmış kampaniyanın nəticəsidir. Xüsusilə vurğulanır ki, İranın hava hücumundan müdafiə sisteminin bir neçə elementi məhv edilib və bu, hərbçilərin qiymətləndirməsinə görə, strateji obyektlərin müdafiəsini zəiflədib.

ABŞ Prezidenti Donald Trump isə "Truth Social" sosial şəbəkəsində tərəfləri dərhal atəşkəsə və gərginliyin azaldılmasına çağırıb.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »