İran Xarici İşlər Nazirliyi, Hürmüz Boğazında bir İran neft tankerinə və Keşm Adasındakı bir rabitə qülləsinə yönəlmiş ABŞ hücumlarını sərt tənqid edib.
Bizimyol.info xəbər verir ki, nazirlikdən verilən açıqlamada qeyd olunub ki, bu hərəkətlər 8 aprel tarixli atəşkəs razılaşmasının pozulmasıdır və eyni zamanda BMT Nizamnaməsinin güc tətbiqini qadağan edən müddəalarına və beynəlxalq hüquqa ziddir.
İran Xarici İşlər Nazirliyi ABŞ-ı region ölkələrinin ərazilərini və obyektlərini İran əleyhinə istifadə etməsində tənqid edib və hücumların baş verdiyi hərbi bazalar səbəbilə Küveyt və Bəhreyn hökumətlərinin birbaşa məsuliyyət daşıdığını bildirib.
Nazirliyin açıqlamasında vurğulanıb ki, hər hansı bir ölkənin torpaqlarının, hava məkanının, ərazi sularının və ya hərbi obyektlərinin İran əleyhinə hücumlar üçün istifadəsinə icazə vermək beynəlxalq hüququn əsas prinsiplərinin və yaxşı qonşuluq münasibətlərinin pozulması deməkdir.
İran öz suverenliyini və ərazi bütövlüyünü qorumaq hüququna sahib olduğunu bildirərək, hücumların mənbəyi və məsul şəxslərə qarşı lazım bildiyi bütün tədbirləri görmə hüququnu saxlayır.
Açıqlamanın sonunda qeyd olunub ki, mövcud vəziyyətin nəticələrinə ABŞ və İsrail ilə yanaşı, İran əleyhinə hücumlara dəstək verən bütün tərəflər, buna görə cavabd vrməli olacaqlar.
Bizimyol.info






