Şiə silahlı birliyi “Hizbullah” Cənubi Livanda İsrail ordusuna qarşı həyata keçirilən hərbi əməliyyatlarda üç tank və üç zirehli nəqliyyat vasitəsini vurdu.
Bizimyol.info xəbər verir ki, bu barədə hərbi birliyin Telegram kanalında yayımlanan açıqlamada bildirilib.
“İslami müqavimət dronları Bofor qalası və Zautar-əş-Şarqiya kəndi ərazisindəki işğalçı qüvvələri hədəf alaraq üç Namer zirehli nəqliyyat vasitəsi və bir Merkava tankını məhv edib. El-Bayade yaxınlığında İsrail hərbi bazasının yerləşdiyi ərazidə isə daha iki tank idarə olunan raketlərlə vuruldu”, - deyə açıqlamada qeyd olunur.
Şiə birliyi həmçinin yaxın vaxtlarda işğalçı qüvvələr tərəfindən ələ keçirilmiş Haddata kəndində İsrail hərbçilərinin mövqelərini artilleriya və minaatanlardan atəşə tutub. Açıqlamada bildirilir ki, düşmənə canlı qüvvə və texnika baxımından zərər dəyib.
2 iyun tarixinə olan məlumatlara görə, şiə milis qüvvələri Livan ərazisində İsrail ordusuna qarşı 24 saat ərzində 13 əməliyyat həyata keçirib. Şimal İsrail bölgələrinə dron və raket atışı qeydə alınmayıb.
Bizimyol.info






