Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ-ın 5-ci Dəniz Qüvvələrinin komanda mərkəzi İranın raket və PUA hücumuna məruz qalıb
ABŞ-ın 5-ci Dəniz Qüvvələrinin komanda mərkəzi İranın raket və PUA hücumuna məruz qalıb

ABŞ-ın 5-ci Dəniz Qüvvələrinin komanda mərkəzi İran İnqilab Keşikçiləri Korpusunun Hava və Kosmik Qüvvələrinin raket və pilotsuz uçuş aparatları (PUA) hücumuna məruz qalıb.

Bizimyol.info xəbər verir ki, bu barədə "Tesnim" xəbər agentliyinin məlumat verib.

"Kim sizə hücum edirsə, siz də eyni qaydada ona hücum edin", - deyə İnqilab Keşikçiləri Korpusunun İctimai Əlaqələr bölməsinin yaydığı açıqlamada qeyd edilib.

Məlumata görə, dünən gecə Hürmüz Boğazı ətrafında ABŞ qüvvələri İran neft tankerinə havadan mərmi ilə hücum edib; nəticədə tanker maşın bölməsində zərər görüb.

Bu hücuma cavab olaraq, ABŞ və İsrailə aid "Panaya" adlı gəmi İran İnqilab Keşikçiləri Dəniz Qüvvələrinin raket hədəfinə çevrilib.

Daha sonra ABŞ qüvvələri Keşm Adasının cənubunda yerləşən İnqilab Keşikçiləri Korpusunun rabitə qülləsini hava mərmiləri ilə vurub. Bu hücuma cavab olaraq isə bölgədəki bir hava və helikopter bazası ilə birlikdə ABŞ-ın 5-ci Dəniz Qüvvələrinin komanda mərkəzi raket və PUA hücumuna məruz qalıb.

İran tərəfi əvvəlcədən xəbərdarlıq etmişdi ki, hər hansı hücum sərt cavabla qarşılanacaq. Qurum bildirib ki, cavab əməliyyatları nümunəvi xarakter daşıyır.

İran bir daha vurğulayıb ki, Hörmüz Boğazının təhlükəsizliyini pozmaq ABŞ qüvvələri üçün ciddi nəticələr doğuracaq.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »