Bizimyol.info xəbər verir ki, bu barədə Vilayəti sosial şəbəkə hesabında yazıb.
“Bu hücumlar İsrailin sonunun yaxınlaşdığını göstərir. Dahiye bölgəsinin bombardmanı və atəşkəsin pozulması, saxta rejimin uğursuz tarixini tez bir zamanda sonlandırmaq istədiyini göstərir”, - deyə o qeyd edib.
O vurğulayıb ki, İran və Müqavimət Cəbhəsi Livan xalqına dəstəyi dayandırmayacaq: “Siz başladınız, amma bölgədəki müşahidəçilərin fərqli olaraq, İran və Müqavimət Cəbhəsi müsəlmanından maronitinə qədər bütün Livan xalqının yanında sonuna qədər duracaq”, - deyə bildirib.
Vilayəti tarixi proseslərə işarə edərək bildirib ki, bu hücumlara qarşı cavab veriləcək: “Tarix təkrarlanır. Zəncirləri qıracaq cavab yoldadır. Bu hekayənin son nöqtəsi bizim əlimizdədir.”
Bizimyol.info






