ABŞ hərbçiləri İran radarına və İslam Respublikasının pilotsuz uçuş aparatlarının (PUA) idarəetmə məntəqələrinə zərbələr endirib.
Bizimyol.info xəbər verir ki, bu barədə ABŞ Orta Şərqdəki Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
"Özünümüdafiə məqsədilə CENTCOM İran radarına, eləcə də Garuk və Kejm adasında yerləşən idarəetmə və nəzarət məntəqələrinə zərbələr endirib", - deyə Mərkəzi Komandanlığın "X" platformasında yayımlanan açıqlamasında bildirilib.
Komandanlığın açıqlamasına görə, zərbələr 30 və 31 may tarixlərində həyata keçirilib və İrana məxsus olduğu iddia edilən "MQ-1" PUA-sının vurulmasına cavab olaraq aparılıb. "ABŞ qırıcı təyyarəsi operativ şəkildə reaksiya verərək İranın hava hücumundan müdafiə sistemlərini, yerüstü idarəetmə stansiyasını və iki kamikadze dronu məhv edib", - deyə CENTCOM əlavə edib.
Hərbi əməliyyatlar nəticəsində ABŞ əsgərləri zərər görməyib. CENTCOM komandası bildirib ki, “münaqişə davam edən atəşkəs şəraitində ABŞ aktivlərini və maraqlarını qorumağa davam edəcək”.
Bizimyol.info






