Futbol üzrə UEFA Çempionlar Liqasında 2025/2026-cı illər mövsümünün final oyunu keçirilib.
Bizimyol.info xəbər verir ki, final qarşılaşmasında İngiltərənin “Arsenal” komandası ilə üz-üzə gələn “Paris Sen-Jermen” penaltilər seriyasında qələbə qazanaraq klub tarixində növbəti Avropa zəfərini bayram edib.
Oyunda hesabı 5-ci dəqiqədə “Arsenal”ın futbolçusu Kai Haverts açıb. PSJ isə 64-cü dəqiqədə Usman Dembelenin penaltidən vurduğu qolla tarazlığı bərpa edib.
Əsas vaxtda qalib müəyyənləşmədiyindən əlavə 30 dəqiqə oynanılıb. Əlavə vaxtda da komandalardan heç biri qapılardan top heçirə bilmədikləri üçün penalti zərbələrindən istifadə olunub. Burada daha dəqiq oynayan PSJ - 4:3 hesabı ilə ardıcıl ikinci dəfə Çempionlar Liqasının qalibi olub.






