Rusiyanın tanınmış musiqiçisi və “xarici agent” statusu almış Boris Qrebenşçikov Peterburqdakı mənzilini oğluna verərək ölkədəki aktivlərini tərk edib.
Bizimyol.info xəbər verir ki, bu barədə SHOT məlumat yayıb.
Məsələ Qancarnaya küçəsində yerləşən, 127 kvadrat metr sahəsi olan üçotaqlı mənzillə bağlıdır. Mənzil 1875-ci ildə tikilmiş beşmərtəbəli binada yerləşir və təxminən 36 milyon rubl dəyərində qiymətləndirilir. Qrebenşçikov mənzili 2018-ci ildə alıb.
Mənbənin məlumatına görə, 2022-ci ilin fevralında Rusiyanı tərk etdikdən təxminən bir il sonra Grebenşçikov Ukraynaya dəstək məqsədilə vəsait topladığı üçün “xarici agent” elan olunub. Daha sonra o, fərdi sahibkarlıq fəaliyyətini dayandırıb və Rusiyadakı biznes fəaliyyətini bağlayıb.
Mənzil musiqiçinin oğlu, DJ Qleb Qrebenşçikovun adına keçirilib. Qleb də 2022-ci ildə Rusiyanı tərk edib, hazırda Argentinada yaşayır və özünü rastaman kimi təqdim edir. Keçmişdə narkotik saxlaması ilə bağlı hüquqi problemləri olub.
Məlumata görə, oğlu atasının konsertlərində ona dəstək verir. Boris Qrebenşçikov isə hazırda Londonda yaşayır və 2026-cı ilin martında Böyük Britaniya vətəndaşlığı alıb.
Bizimyol.info






