Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hegset: ABŞ Ukraynanın müdafiəsinə dəstək verməyin yolunu tapacaq
Hegset: ABŞ Ukraynanın müdafiəsinə dəstək verməyin yolunu tapacaq

ABŞ-ın müdafiə naziri Pit Heqset Ukraynaya "Patriot" zenit-raket kompleksləri üçün raket tədarükünün artırılması ehtimalı ilə bağlı suala birbaşa cavab verməkdən yayınıb.

Bizimyol.info xəbər verir ki, o, Sinqapurdakı ABŞ səfirliyində jurnalistlərlə söhbəti zamanı bildirib ki, Vaşinqton indiyədək Ukraynaya imkanları çərçivəsində yardım göstərib və Avropanın da daha çox məsuliyyət götürməsi üçün çalışıb.

“Biz Ukraynaya bacardığımız qədər kömək etmişik və Avropanın daha çox dəstək verməsi üçün əlimizdən gələni etmişik”, – deyə Heqset vurğulayıb.

Onun sözlərinə görə, Avropa ölkələrinin mövqeyi ümidvericidir və son dövrlərdə ayrılan vəsaitlərin həcmi nəzərəçarpacaq dərəcədə artıb.

“Biz Ukraynanın özünü müdafiə edə bilməsini istəyirik və bu istiqamətdə ona necə kömək göstərə biləcəyimizə əmin olmaq üçün müvafiq yollar tapacağıq”, – deyə Pentaqon rəhbəri əlavə edib.

Xatırladaq ki, çərşənbə günü Ukrayna Prezidenti Vladimir Zelenskinin ABŞ Prezidenti Donald Trampa və Konqres üzvlərinə təcili məktub göndərdiyi məlum olub. Məktubda Ukraynanın hava hücumundan müdafiə vasitələrinin ciddi çatışmazlığı ilə üzləşdiyi bildirilib.

Mediada yayılan məlumatlara görə, Zelenski müraciətində raket-tutucuları tükənmiş "Patriot" batareyalarının istifadəsiz qalmasının Ukrayna üçün son dərəcə ağrılı vəziyyət yaratdığını qeyd edib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »