ABŞ Prezidenti Donald Trampın İran üzərində dəniz blokadasını davam etdirməsi və danışıqlarda həddindən artıq tələblər irəli sürməsi göstərir ki, o, Tehranla danışıqlara meylli deyil.
Bizimyol.info xəbər verir ki, bu fikri İranın ali rəhbərinin hərbi müşaviri Məhsin Rzayi bildirib.
“Dəniz blokadasını davam etdirərək və danışıqlarda həddindən artıq tələblər qoyaraq o, aydın şəkildə göstərir ki, danışıqlara hazır deyil və başqa məqsədlər güdür”, – deyə Rzayi "X" sosial şəbəkəsində yazıb.
Əvvəllər "The New York Times" qəzeti xəbər vermişdi ki, Tramp İranla mümkün yeni saziş barədə hələ qərar verməyib. Buna baxmayaraq, cümə günü ABŞ Prezidenti bəyan edib ki, Tehranla razılaşmanın böyük hissəsi artıq müəyyənləşdirilib.
Bizimyol.info






