Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Litva Belarusdan buraxılan hava şarlarını ölkə üçün təhlükə hesab edir
Litva Belarusdan buraxılan hava şarlarını ölkə üçün təhlükə hesab edir

Belarus ərazisindən Litvaya qaçaqmalçılıq yolu ilə malların daşınması üçün istifadə olunan hava şarları ölkənin təhlükəsizliyi üçün ciddi risk yaradır.

Bizimyol.info xəbər verir ki, bu barədə Litvanın müdafiə naziri Robertas Kaunas Sinqapurda keçirilən Shangri-La Dialogue beynəlxalq təhlükəsizlik forumunun plenar iclasında çıxışı zamanı bildirib.

Nazirin sözlərinə görə, bu hava şarları vasitəsilə yalnız qaçaqmal siqaret deyil, istənilən yük, o cümlədən partlayıcı maddələr və pilotsuz uçuş aparatları da daşına bilər.

“Bunlar təhlükədirmi? Bəli, təhlükədir. Çünki həmin şarlara istənilən şeyi bağlamaq mümkündür. Hazırda onlar siqaret qaçaqmalçılığı üçün istifadə olunur, lakin eyni üsulla partlayıcı maddələr və dronlar da daşına bilər”, – deyə Kaunas qeyd edib.

O vurğulayıb ki, bu cür hava şarlarını nəinki zərərsizləşdirmək, hətta aşkar etmək də son dərəcə çətindir.

“Onlar 5–11 min metr yüksəklikdə, təxminən saatda 200 kilometr sürətlə hərəkət edir və əsasən gecə vaxtı buraxılır. Buna görə də onları müəyyən etmək olduqca mürəkkəbdir”, – deyə nazir izah edib.

Litva hakimiyyəti Belarus rəsmilərini sərhəddən meteoroloji zondlar və hava şarları vasitəsilə tütün məmulatlarının qaçaqmalçılığına qarşı yetərli tədbir görməməkdə, hətta buna göz yummaqda ittiham edir.

Bu obyektlərin uçuşları bir neçə dəfə Litva hava limanlarının fəaliyyətinin müvəqqəti dayandırılmasına səbəb olub.

Daha əvvəl Litva hüquq-mühafizə orqanları Belarusdan hava yolu ilə gətirilən qaçaqmal siqaretlərin ölkə daxilində qəbul və daşınmasını təşkil edən mütəşəkkil cinayətkar qrupun üzvlərini saxlayıb.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »