Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İran ABŞ-ın hərbi hava bazasına zərbə endirdiyini açıqlayıb
İran ABŞ-ın hərbi hava bazasına zərbə endirdiyini açıqlayıb

İran ABŞ-ın hava bazasına zərbə endirib. Bu bazadan gecə saatlarında İran ərazisinə hücum həyata keçirildiyi bildirilib.

Bizimyol.info xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin elit bölməsi olan İslam İnqilabı Keşikçiləri Korpusu məlumat yayıb.

Bəyanatda bildirilir ki, İranın Bəndər-Abbas şəhəri yaxınlığındakı obyektə hücumdan sonra ABŞ-ın hava bazasına cavab zərbəsi endirilib. SEPAH-ın açıqlamasına görə, həmin baza ABŞ tərəfindən İran ərazisinə hücumlar üçün istifadə olunub.

Bundan əvvəl "Reuters" amerikalı rəsmiyə istinadla xəbər verib ki, ABŞ Silahlı Qüvvələri Hörmüz boğazında ABŞ qüvvələri və kommersiya gəmiçiliyi üçün təhlükə yaratdığı iddia edilən İran hərbi obyektinə zərbələr endirib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »