Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ İranın pilotsuz aparat buraxılış qurğusunu vurub
ABŞ İranın pilotsuz aparat buraxılış qurğusunu vurub

ABŞ qüvvələri İranın dörd pilotsuz uçuş aparatını vurub və dronların buraxılması üçün nəzərdə tutulan qurğunu hədəfə alıb.

Bizimyol.info xəbər verir ki, bu barədə ABŞ-ın “Axios” portalının və İsrailin 12-ci telekanalının müxbiri Barak Ravid "X" sosial şəbəkəsində yazıb.

Onun amerikalı rəsmilərdən birinə istinadən verdiyi məlumata görə, “İran ABŞ-a məxsus ticarət gəmisinə qarşı dörd kamikadze dronundan istifadə edib”. Bildirilir ki, ABŞ hərbçiləri həmin pilotsuz aparatları məhv edib və “buraxılış həyata keçirilməzdən əvvəl yerdə yerləşən daha bir dron buraxılış qurğusuna zərbə endirib”.

Bundan əvvəl "Reuters" amerikalı rəsmiyə istinadla xəbər vermişdi ki, ABŞ Silahlı Qüvvələri “Hörmüz boğazında ABŞ qüvvələri və kommersiya gəmiçiliyi üçün təhlükə yaradan İran hərbi obyektinə” zərbələr endirib.

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı isə hələlik mətbuatın məsələ ilə bağlı sorğularına cavab verməyib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »