Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ədliyyə Nazirliyi: “Məhkumlar cəzaçəkmə müəssisəsinin ərazisində görüş hüququna malikdirlər”
Ədliyyə Nazirliyi: “Məhkumlar cəzaçəkmə müəssisəsinin ərazisində görüş hüququna malikdirlər”

Qurban Bayramı mərhəmət hisslərinin gücləndiyi müqəddəs günlərdən biridir. Bu bayramda ailə üzvlərinin bir araya gələrək bayramlaşması və qurban kəsməsi xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan, cəzaçəkmə müəssisələrində saxlanılan şəxslərin də ailələri ilə görüşməsi ictimai maraq doğurur.

  • Qurban Bayramı ilə əlaqədar məhkumların ailə üzvləri ilə görüşünə icazə prosesi necə olacaq?

Yaranan sualla bağlı Ədliyyə Nazirliyinə sorğu ünvanladıq. Qurumdan Bizimyol.info xəbər portalının sorğusuna cavab olaraq bildirilib: “Məhkumlar cəzaçəkmə müəssisəsinin ərazisində görüş hüququna malikdirlər, görüşlərin sayı və növləri isə qanunvericiliyin tələblərinə uyğun olaraq müəyyən edilir. Məhkumların görüş hüququ bayram günlərində də qanunvericiliyin tələblərinə əsasən tənzimlənir”.

Günel Həsənova, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »