Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Makron Trampla İran ətrafındakı vəziyyəti müzakirə edib
Makron Trampla İran ətrafındakı vəziyyəti müzakirə edib

Fransa Prezidenti Emmanuel Makron amerikalı həmkarı Donald Tramp ilə İran ətrafındakı vəziyyəti müzakirə edib.

Bizimyol.info xəbər verir ki, bu barədə BFMTV telekanalı Yelisey Sarayına istinadən məlumat yayıb.

Bildirilir ki, tərəflər Hörmüz boğazı ətrafındakı vəziyyətə də toxunublar. Kanal əlavə təfərrüat verməyib.

Həmçinin BFMTV xəbər verir ki, Makron İordaniya kralı II Abdullah, Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Al Səud ilə də məsləhətləşmələr aparıb.

Daha əvvəl "Axios" portalına müsahibəsində Tramp İranla razılaşma əldə olunması və ya hərbi əməliyyatların bərpası ehtimalının 50/50 olduğunu bildirib. O əlavə edib ki, şənbə günü danışıqlar komandası ilə iclas keçirməyi, bazar günü isə İranla mümkün hərbi əməliyyatların bərpası barədə qərar verməyi planlaşdırır. CBS kanalına müsahibəsində isə ABŞ lideri Vaşinqtonla Tehran arasında razılaşma layihəsinin artıq hazır olduğunu, lakin onu təsdiqləyib-təsdiqləmədiyini açıqlamadığını deyib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »