Qətərin danışıqlar üçün nümayəndə heyəti ABŞ-la razılaşdırılmış şəkildə İranla münaqişənin dayandırılması üzrə razılaşmanın əldə olunmasına yardım etmək məqsədilə cümə günü Tehrana gəlib.
Bizimyol.info xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Agentliyin mənbəsinə istinadən bildirilir ki, Doha daha əvvəl hərbi əməliyyatlar zamanı Qətər ərazisinə zərbələr endirildiyi üçün bu münaqişədə vasitəçilikdən çəkinirdi.
Bundan əvvəl IRNA mənbəyə istinadən xəbər vermişdi ki, Pakistan ordusunun komandanı, feldmarşal Asim Munir İran və ABŞ arasında vasitəçilik missiyası çərçivəsində cümə günü Tehrana səfər edəcək.
Hazırda Pakistanın daxili işlər naziri Mohsin Raza Naqvi üçgünlük səfərlə Tehrandadır. O, İran rəhbərliyi ilə bir sıra görüşlər keçirib.
Bizimyol.info






