Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sibiqa: Ukrayna müharibəsində “dönüş nöqtəsi” yaxınlaşır
Sibiqa: Ukrayna müharibəsində “dönüş nöqtəsi” yaxınlaşır

Rusiya–Ukrayna müharibəsində “dönüş nöqtəsi” yaxınlaşır.

Bizimyol.info xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Helsinqborqda NATO–Ukrayna Şurasının qeyri-rəsmi iclası zamanı bildirib.

O vurğulayıb ki, Ukrayna artıq sadəcə yardım istəyən tərəf deyil, NATO ölkələri üçün tərəfdaşdır.

“Ukrayna artıq sadəcə ianələr istəmir; biz təhlükəsizliyin təmin olunmasında iştirak edən, müttəfiqlərlə öz təcrübəsini bölüşməyə hazır donor və tərəfdaşıq. Müdafiə xərclərinin artırılması sülhün təminatıdır”, – deyə Ukrayna XİN başçısı qeyd edib.

Sibiqa NATO-nun hər bir üzvünü Ukraynanın müdafiəsinə töhfə verməyə çağırıb. “Bu investisiya həyatımızın ən böyük sülh dividendlərini gətirəcək”, – deyə diplomat vurğulayıb. O həmçinin bildirib ki, Rusiyaya təzyiq artır və müharibədə “dönüş nöqtəsi” yetişir.

“Ukrayna cəbhəni saxlayır və Rusiyanın insan resursları artıq həlledici üstünlük deyil. Sülhə nail olmaq üçün üç əsas istiqamətə fokuslanmalıyıq: diplomatiya, təzyiq və güc”, – deyə nazir bildirib və sülh səyləri üçün yeni impulsun vacibliyini əlavə edib.

Fevral ayının sonundan bəri Ukraynada müharibənin dayandırılması ilə bağlı danışıqlar müvəqqəti olaraq dayandırılıb. ABŞ diqqətini Yaxın Şərqdəki vəziyyətə yönəldərək İranla bağlı hərbi əməliyyatlara başlayıb.

Son dövrlərdə həm ABŞ-da, həm də Ukraynada danışıqların dalana dirəndiyi etiraf olunur. ABŞ Prezidenti Donald Trampın Pekinə səfəri zamanı Çin lideri Si Cinpinqə bildirib ki, Rusiya Prezidenti Vladimir Putin Ukraynaya müdaxilədən peşman ola bilər və cəbhədəki yeni tendensiyalar da bu fikri təsdiqləyir.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »