"Centre for Policy Research" nümayəndəsi Puşpa Pathak Şəhərsalma formu ilə bağlı təəssüratlarını bölüşüb. O bildirib ki, forum yüksək səviyyədə təşkil olunub və proqramların zənginliyi iştirakçılar üçün geniş imkanlar yaradır.
“Forum həmişə olduğu kimi əladır. Tədbir çox böyükdür. Bəzən seçim etmək çətin olur, çünki eyni anda çox maraqlı proqramlar keçirilir. Amma biz ən yaxşılarını seçməyə çalışırıq”, – deyə o qeyd edib.
Hindistanın paytaxtı Yeni Dehlidə fəaliyyət göstərən tədqiqat mərkəzinin nümayəndəsi Azərbaycanda hələ az yer görməsinə baxmayaraq, Bakının onda müsbət təəssürat yaratdığını bildirib:
“Konfrans bizi çox məşğul edir. Amma Bakı çox gözəl şəhərdir. Şəhər mərkəzində, İçərişəhərdə və Ağ Şəhərdə olmuşam. İndiyə qədər gördüklərim bunlardır”.
Ekspert builki forumun digər WUF tədbirlərindən fərqləndiyini də vurğulayıb:
“Bu WUF çox böyükdür. Təşkilatçılıq çox yaxşıdır. Qonaqpərvərlik də yüksək səviyyədədir”.
O, həmçinin Azərbaycan mətbəxi ilə bağlı fikirlərini bölüşərək vegetarian olduğu üçün müəyyən çətinlik yaşadığını, buna baxmayaraq ümumi təcrübədən məmnun qaldığını deyib:
“Yeməklər də çox yaxşıdır, sadəcə mən vegetarian olduğum üçün bir qədər çətin olur. Amma ümumilikdə hər şey çox gözəldir”.
Sonda qonaq Azərbaycan insanlarının qonaqpərvərliyini xüsusi qeyd edib:
“Azərbaycanlılar çox qonaqpərvər insanlardır”.
Leyla Mirzə, Bizimyol.info






