ABŞ Boliviyanın mövcud rəhbərliyini dəstəkləməyə davam edəcək və ölkədə hakimiyyətin konstitusiyaya zidd yolla dəyişdirilməsinə imkan verməyəcək.
Bizimyol.info xəbər verir ki, bunu ABŞ Dövlət Katibi Marko Rubio "X" sosial şəbəkəsində yazıb.
“Şübhə olmasın: ABŞ Boliviyanın qanuni, konstitusion hökumətini tam dəstəkləyir. Cinayətkarlar və narkoticarlar demokratiya ilə seçilmiş liderləri bizim yarımkürədə devirmək imkanına malik olmayacaqlar”, - derə Rubio qeyd edib.
O bildirib ki, bir qədər əvvəl Boliviya prezidenti Rodriqo Pas ictimai narazılığı azaltmaq məqsədilə iqtisadi və sosial məsələlər üzrə məsləhət şurasının yaradıldığını açıqlayıb. Həmçinin Pas hökumətin yenidən təşkili planlarını elan edib.
Boliviyada artıq bir neçə həftədir ki, hökumət əleyhinə etiraz aksiyaları davam edir. Bu aksiyalar ölkənin müxtəlif bölgələrində yolların bağlanması ilə müşayiət olunur. Hakimiyyət aksiyalarda yaranan təchizat problemləri və qarışıqlıqlar üçün sabiq prezident Evo Moralesin tərəfdarlarını məsul tutur. 18 mayda Boliviyanın faktiki paytaxtı La-Pasda qarşıdurmalar baş verib və təxminən 100 nəfər saxlanılıb.
Qadir, Bizimyol.info






