Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İran ABŞ-ın hərbi əməliyyatların dayandırılması təklifinə cavabını araşdırır
İran ABŞ-ın hərbi əməliyyatların dayandırılması təklifinə cavabını araşdırır

Tehran, ABŞ tərəfinin İrana təqdim etdiyi hərbi əməliyyatların dayandırılması təklifinə dair cavabı araşdırır.

Bizimyol.info xəbər verir ki, bu barədə İslam Respublikasının Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Esmail Baqai məlumat verib.

"İran tərəfindən təqdim olunan 14 maddədən ibarət eyni sənəd əsasında bir neçə dəfə mesaj mübadiləsi aparılıb, ABŞ tərəfinin mövqeyi əldə olunub və hazırda onun üzərində işləyirik" – deyə Baqai bildirib.

18 may tarixində "Tasnim" agentliyi xəbər verib ki, Pakistan İrana aid yeni sülh təşəbbüsünü ABŞ-a çatdırıb. Sənəd 14 maddədən ibarət olub və hərbi əməliyyatların dayandırılması ilə etimadın möhkəmləndirilməsinə yönəlmiş tədbirlərə xüsusi diqqət yetirilib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »