Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukraynaya bir gündə 1560 dron və 56 raket atılıb – Zelenski
Ukraynaya bir gündə 1560 dron və 56 raket atılıb – Zelenski

Keçən gün ərzində Rusiya ölkəyə 1560-dan çox dron və 56 raket atıb.

Bizimyol.info xənər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski bildirib.

"Bu, müharibənin sona çatdığını düşünənlərin davranışı deyil", - deyə Zelenski vurğulayıb.

Prezident əlavə edib ki, hazırda Kiyevdə Rusiyanın yaşayış binasına etdiyi hücum nəticəsində baş vermiş dağıntılar altında qalanların xilasetmə əməliyyatı davam edir.

"Binanın giriş hissəsi tamamilə dağılıb. Onlarla insan xilas edilib. Təəssüf ki, bir nəfər həlak olub. Mərhumun ailəsinə və yaxınlarına başsağlığı verirəm. Dağıntılar altında hələ də insanlar ola bilər," – deyə Zelenski qeyd edib.

Başqa sözlə, gecə hücumunun əsas hədəfi Kiyev olub. Şəhərdə 20 fərqli yerdə zədələnmələr qeydə alınıb – bunlar əsasən yaşayış binaları, məktəb, baytar klinikası və digər mülki obyektlərdir. Bundan əlavə, Kiyev vilayətində də dağıntılar olub; Kremençukda enerji infrastrukturu, Çernomorskda liman və yaşayış sahələrinə qarşı oxşar terror hücumları həyata keçirilib.

Zelenski həmçinin tərəfdaşlardan bu hücuma susmamağı və Ukrayna səmasını qorumaqda dəstəyi davam etdirməyi xahiş edib.

"PURL proqramı Ukraynanın belə ballistik hücumlardan qorunması üçün vacibdir. Eyni zamanda, sülh istəyən bütün tərəflərin Rusiyaya təzyiqləri davam etdirməsi önəmlidir," – deyə o əlavə edib.

Verilən məlumata görə, 14 may gecəsi Rusiya döyüş dronları, hava və yer bazalı raketlərdən istifadə edərək Ukraynaya kombinə edilmiş hücum həyata keçirib. Əsas istiqamət Kiyev olub.

Hərbi hava qüvvələrinin məlumatına görə, Rusiya 3 ədəd "X-47" “Kinzhal” aerobalistik raketi, 18 ədəd “İskəndər-M/S-400” ballistik raketi, 35 ədəd "X-101" qanadlı raket və 675 döyüş dronu buraxıb.

Əvvəlki məlumatlara görə, saat 08:00-a qədər hava hücumundan müdafiə vasitələri 693 hədəfi – 41 raketi və 652 müxtəlif tipli pilotsuz aparatları məhv edib və ya neytrallaşdırıb.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »