ABŞ Prezidenti Donald Tramp və Çin Xalq Respublikasının sədri Si Cinpinq İranda nüvə silahının olmaması barədə razılığa gəliblər.
Bizimyol.info xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat verib.
"Hər iki tərəf razıdır ki, İran heç vaxt nüvə silahına sahib olmamalıdır", - deyə məlumatda qeyd edilir.
Ağ Evdən həmçinin bildirilib ki, tərəflər Hörmüz boğazının açıq qalması və enerji resurslarının sərbəst tədarükünü dəstəkləmək barədə razılığa gəliblər.
"Tramp Pekində Si Cinpinqlə məhsuldar görüş keçirib və tərəflər iqtisadi əməkdaşlığı gücləndirmək barədə razılığa gəliblər", - deyə CNN telekanalının verdiyi məlumatda qeyd edilib.
Qadir, Bizimyol.info






