Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə ilə Ermənistan arasında birbaşa ticarətə start verilir
Türkiyə ilə Ermənistan arasında birbaşa ticarətə start verilir

Türkiyə ilə Ermənistan arasında normallaşma prosesi çərçivəsində daha bir mühüm addım atılıb. Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli məsələ ilə bağlı açıqlamasında iki ölkə arasında birbaşa ticarətin başlanması üçün bürokratik hazırlıqların tamamlandığını bildirib.

Bizimyol.info xəbər verir ki, açıqlamada qeyd olunub ki, 2022-ci ildən etibarən davam edən Türkiyə-Ermənistan normallaşma prosesi çərçivəsində həyata keçirilən etimad quruculuğu tədbirləri nəticəsində 11 may 2026-cı il tarixinə ölkələr arasında birbaşa ticarətin başlanmasına dair bütün bürokratik prosedurlar yekunlaşıb.

"Bununla yanaşı, Türkiyə ilə Ermənistan arasındakı ortaq sərhədin açılması istiqamətində texniki və inzibati işlərin davam etdiyi vurğulanıb.

Yeni tənzimləmə sayəsində artıq Türkiyədən üçüncü ölkə üzərindən Ermənistana göndərilən və ya eyni marşrutla geri gətirilən malların son təyinat və ya çıxış nöqtəsinin “Ermənistan/Türkiyə” kimi göstərilməsi mümkün olacaq. Bu addımın iki ölkə arasındakı iqtisadi münasibətlərin inkişafına mühüm töhfə verəcəyi bildirilir", - deyə o qeyd edib.

Öncü Keçeli açıqlamasında həmçinin vurğulayıb ki, Cənubi Qafqazda davamlı sülh və rifahın möhkəmləndirilməsi üçün yaranmış tarixi imkan fonunda Türkiyə bölgədə iqtisadi əlaqələrin genişləndirilməsinə və əməkdaşlığın bütün region ölkələri ilə xalqlarının mənafeyi naminə daha da inkişaf etdirilməsinə dəstəyini davam etdirəcək.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »