İsrail ordusu son sutka ərzində Livanın cənubunda 40-dan çox müxtəlif hədəfə zərbələr endirib.
Bizimyol.info xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, hücumlar şiə təşkilatı olan “Hizbullah”ın hərbi infrastruktur obyektlərinə yönəlib.
Zərbə endirilən hədəflər arasında silah anbarları və İsrail istiqamətinə tuşlanmış raket qurğuları da olub.
Məlumata görə, əməliyyatlar zamanı “Hizbullah”ın silahlı dəstələrinin bir neçə üzvü öldürülüb.
İsrail ordusu bəyan edib ki, hərbçilər və mülki əhali üçün təhlükələri aradan qaldırmaq məqsədilə əməliyyatları davam etdirəcək.
Bizimyol.info






