Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Fon der Lyayen “vəzifəyə aludə olub” - "Bloomberg"
Fon der Lyayen “vəzifəyə aludə olub” - "Bloomberg"

Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayenin sərt idarəetmə tərzi “genişmiqyaslı çatışmazlıqlarla” müşayiət olunur və Avropa İttifaqı rəsmiləri arasında narazılıq yaradır.

Bizimyol.info xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, bəzi məmurlar fon der Lyayeni “öz gücünü nümayiş etdirmək ideyasına aludə olmuş” kimi xarakterizə edirlər. Hətta bir sıra rəsmilər onun idarəetmə üslubunu Avropa Komissiyasının, xüsusilə iqtisadi sahədəki ciddi problemləri ilə birbaşa əlaqələndirirlər.

Onların sözlərinə görə, əsas problem səlahiyyətlərin düzgün bölüşdürülməməsidir: fon der Lyayen diqqətini geniş sahələrə yayır və əsas iqtisadi vəzifələrə kifayət qədər fokuslanmır. Agetliyin məlumatına əsasən, Komissiya üzvləri özlərini mühüm qərarların qəbulundan kənarda hiss edir, bütün qərarların isə sədr və onun komandası tərəfindən mərkəzləşdirildiyini bildirirlər.

Agentlik qeyd edir ki, fon der Lyayenin vəzifədə olduğu müddətdə vahid bazarın gücləndirilməsi və Avropa İttifaqının rəqabət qabiliyyətinin artırılması kimi əsas hədəflər tam həyata keçirilməyib.

“Eurasia Group” analitik mərkəzinin eksperti Muctaba Rəhman hesab edir ki, “etibarlı, lakin həddən artıq yüklənmiş məmurlar qrupu daha çox səhvə yol verir və Avropa paytaxtlarının reaksiyası getdikcə daha da mənfi olur”. Onun sözlərinə görə, həddindən artıq mərkəzləşmə və səlahiyyətlərin bölüşdürülməməsi siyasi qərarların vaxtında qəbul olunmamasına gətirib çıxarır.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »