ABŞ-ın Müdafiə Nazirliyi (Pentaqon) uçan naməlum obyektlər (UNO) haqqında arxiv məlumatlarını açıqlayıb. Sənədlər Pentaqonun rəsmi saytında yerləşdirilib.
Bizimyol.info xəbər verir ki, bu məlumatların açıqlanacağı barədə qərar aprelin sonunda ABŞ prezidenti Donald Tramp tərəfindən elan olunub.
Prezident bildirib ki, yaxın keçmişdə UNO mövzusunu ABŞ-ın hərbi pilotları ilə də müzakirə edib. Pilotlar, prezidentin sözlərinə görə, “inanmaq mümkün olmayan şeylər gördüklərini” bildiriblər.
Fevral ayında Tramp ABŞ hökumətinin yadplanetli həyat və uçan naməlum obyektlər barədə sənədləri yayımlayacağını vəd etmişdi. Prezident əlavə edib ki, o, Müdafiə Naziri Pit Hegset və digər əlaqəli nazirliklərə və qurumlara tapşırıq verəcək: “Yadplanetli və dünya xarici həyat, bilinməyən anomaliyalı hadisələr və uçan naməlum obyektlərlə bağlı hökumət sənədlərinin aşkarlanması və yayımlanması prosesinə başlasınlar. Bu çox mürəkkəb, lakin son dərəcə maraqlı və vacib mövzudur”, - deyə bildirib.
Bizimyol.info






