Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıda “Dizaynın daxildən formalaşdırılması” konsepti ilə “Invision Design Talks 2” tədbiri keçiriləcək
Bakıda “Dizaynın daxildən formalaşdırılması” konsepti ilə “Invision Design Talks 2” tədbiri keçiriləcək

11 may 2026-cı il tarixində Bakı Konqres Mərkəzində “Invision Design Talks 2” tədbiri keçiriləcək. Memarlıq və dizayn dünyasının aparıcı simalarını bir araya gətirən bu platforma, müasir yanaşmaların, innovativ ideyaların və gələcəyin dizayn trendlərinin müzakirəsi üçün xüsusi bir mühit yaradacaq.

“Dizaynın daxildən formalaşdırılması” konsepti ilə təşkil olunan tədbir çərçivəsində beynəlxalq və yerli mütəxəssislər çıxış edəcək:

Spikerlər:

  • Sinan Kafadar / Metex Mimarlık
  • Sefer Çağlar / Autoban Mimarlık
  • Yeşeren Ersan / Yes Architects
  • Tusi Aliyev / PBA
  • Prof. Dr. Osman Arayıcı / Moderator

“Invision Design Talks 2” bu il Seranit Azərbaycan və Sinerji Pro-nun ortaq əməkdaşlığı çərçivəsində həyata keçirilir. Bu strateji tərəfdaşlıq tədbirin miqyasını genişləndirərək, dizayn və memarlıq sahəsində yeni əməkdaşlıq imkanlarının formalaşmasına töhfə verir.

Tədbir iştirakçıları aparıcı spikerlərin çıxışları vasitəsilə dizaynın gələcəyinə dair yeni baxışlar əldə edəcək, sahədəki son trendlərlə tanış olacaq və peşəkar şəbəkələrini genişləndirmək imkanı qazanacaqlar.

Tədbirin detalları:

  • Məkan: Bakı Konqres Mərkəzi
  • Tarix: 11 may 2026
  • Proqram: 14:00 – 18:30

Tədbir haqqında:

“Invision Design Talks” memarlıq və dizayn sahəsində innovativ düşüncəni təşviq edən, bilik və təcrübə mübadiləsinə şərait yaradan beynəlxalq səviyyəli platformadır.

Son xəbərlər
Bütün xəbərlər »