Çin Xalq Respublikasının hərbi məhkəməsi rüşvət ittihamı ilə iki keçmiş müdafiə naziri – Vey Vanhe (2018–2023) və Li Şanfu (2023) – üçün ölüm cəzası qərarı çıxarıb.
Bizimyol.info xəbər verir ki, Xinhua agentliyinin məlumatına görə, cəzanın icrası iki il müddətinə təxirə salınıb.
İki ildən sonra hökm ömürlük həbs cəzası ilə əvəz olunacaq və erkən azadlığa çıxmaq imkanı olmayacaq. Keçmiş nazirlər ömürlük siyasi hüquqlardan məhrum ediliblər, bütün şəxsi mülkləri müsadirə olunub.
2024-cü ilin iyun sonunda Xinhua agentliyi məlumat verib ki, Çin Mərkəzi Hərbi Şurasının keçmiş üzvləri və keçmiş müdafiə nazirləri Vey Vanhe və Li Şanfu ciddi intizam pozuntuları səbəbindən Çin Kommunist Partiyasından xaric ediliblər və generallıq rütbələri əlindən alınıb.
Bizimyol.info






