Fransa Xarici işlər naziri Jan-Noel Barro bildirib ki, Rusiya cəbhədə və iqtisadiyyatda artan çətinliklərlə üzləşir və Kreml öz hərəkətlərini yenidən nəzərdən keçirərək Ukraynaya qarşı müharibəni dayandırmalıdır.
Bizimyol.info xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkədə yazıb.
Barroya görə, apreldə Rusiya ordusu son üç il ərzində ilk dəfə olaraq bəzi cəbhə bölgələrində təxminən 120 kvadrat kilometr sahədə geri çəkilməyə məcbur olub. O, həmçinin Rusiyada iqtisadi vəziyyətin pisləşdiyini qeyd edib.
“Artıq Kremlin uğursuzluğunu dərk etməsinin və bu əsassız, dağıdıcı aqressiv müharibəni dayandırmasının vaxtıdır”, — deyə nazir bildirib.
Litva Xarici İşlər naziri Kyastutis Budris isə vurğulayıb ki, Rusiya 6 may tarixindən atəşkəs rejimi təklifini görməməzlikdən gəlib, bu isə Moskvanın döyüşləri dayandırmaq istəmədiyini göstərir.
Bu açıqlamalar davam edən atəşkəs fonunda səslənib: Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, Rusiya elan edilmiş atəşkəsdən sonra 6 may səhər saatlarında hava hücumlarını bərpa edib.
Qadir, Bizimyol.info






