Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, Avropa İttifaqı (Aİ) ölkəsinin günəş enerjisi sahəsində inkişafına dəstək verəcək. Paşinyan qeyd edib ki, ölkədə günəş enerjisinin potensialı böyükdür, amma enerji yığım stansaları çatışmır.
Bizimyol.info xəbər verir ki, ölkə mətbuatının verdiyi məlumaya görə, Ermənistan hökuməti artıq sənaye miqyasında enerji yığım sistemlərinin tətbiqi üçün qanun dəyişikliklərini təsdiqləyib.
Baş nazir hesab edir ki, düzgün strategiya ilə Ermənistan enerji baxımından özünü təmin edən ölkəyə çevrilə və ixrac potensialını artıra bilər. Eyni zamanda, İrəvanın Avropa tərəfdaşları ilə yaşıl hidrogen texnologiyasını da inkişaf etdirdiyi bildirilir.
Ekspertlər isə qeyd ediblər ki, günəş enerjisi atom stansiyasının tam əvəzləyicisi ola bilməz və ölkə enerji təhlükəsizliyi baxımından AES-lərə hələ də ehtiyac duyur.
Bizimyol.indo






