Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Fidan Araqçi ilə ABŞ–İran danışıqlarını müzakirə edib
Fidan Araqçi ilə ABŞ–İran danışıqlarını müzakirə edib

Türkiyənin xarici işlər naziri Hakan Fidan İranın xarici işlər naziri Abbas Araqçi ilə telefon danışığı apararaq ABŞ və İran arasında gedən danışıqların vəziyyətini müzakirə edib.

Bizimyol.info xəbər verir ki, bu barədə mətbuata Türkiyə Xarici İşlər Nazirliyi məlumat verib.

“Telefon danışığı bu gün baş tutub. Nazirlər İran və ABŞ arasında danışıqlar prosesindəki mövcud vəziyyəti müzakirə ediblər”, – deyə məlumatda bildirir.

Qeyd edək ki, ABŞ və İsrail 28 fevralda İrana qarşı hərbi əməliyyatlara başlayıb. Aprelin 7-də ABŞ Prezidenti Donald Tramp iki həftəlik qarşılıqlı atəşkəs elan edib. İran tərəfinin məlumatına görə, 40 gün davam edən müharibə nəticəsində 3 375 iranlı həlak olub.

Aprelin 11-də Tehran və Vaşinqton İslamabadda danışıqlar aparsa da, tərəflər ziddiyyətlər səbəbindən uzunmüddətli razılığa gələ bilməyiblər. Aprelin 21-də Tramp atəşkəs rejimini uzatmaq niyyətini açıqlayıb. İran dövlət televiziyası isə bildirib ki, Tehran ABŞ-ın birtərəfli qaydada elan etdiyi bu qərarı tanımır və öz maraqlarına uyğun hərəkət edəcək.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »