Ermənistan Xarici İşlər Nazirliyi Azərbaycanın Baş nazir müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətinin İrəvana getdiyini təsdiqləyib.
Bizimyol.info xəbər verir ki, bu barədə daha əvvəl mətbuat məlumat yaymışdı. Ermənistan XİN-dən ölkə mətbuatına bildirilib ki, əlavə məlumat sonradan təqdim olunacaq.
Qeyd edək ki, bu səfər Azərbaycanın Baş nazir müavini Şahin Mustafayevin İrəvana ilk səfəridir. Baş nazir müavini Azərbaycan tərəfdən sərhədlərin delimitasiya və demarkasiyası üzrə komissiyaya rəhbərlik edir. Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, delimitasiya prosesi yaxın vaxtlarda davam etdiriləcək və “məntiqi müddətlər” çərçivəsində başa çatdırılacaq.
Bizimyol.info






