Bu tədris ilindən etibarən attestatlar elektron formada təqdim olunacaq.
Bizimyol.info xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov aprelin 28-də keçirilən brifinqdə deyib.
"Bu ildən etibarən IX və XI siniflər üzrə attestatlar elektron olaraq veriləcək", - deyə o qeyd edib.
Dövlət Agentliyinin direktoru bildirib ki, şagirdlər attestatlarını istənilən vaxt onlayn əldə edə biləcəklər və bu, 300 minə yaxın şagirdi əhatə edəcək.






