Belarus və Polşa sərhədində “beşə-beş” formulu ilə həbs olunmuş şəxslərin mübadiləsi həyata keçirilir.
Bizimyol.info xəbər verir ki, bu barədə "BelTA" xəbər agentliyi məlumat verib.
Agentliyin məlumatına görə, hadisə Belarusun DTK-si ilə Polşa Kəşfiyyat Agentliyi arasında uzun və mürəkkəb danışıqlar prosesinin kulminasiyasıdır və bu proses birbaşa prezident Aleksandr Lukaşenkonun tapşırığı ilə aparılıb.
Əməliyyat nəticəsində müxtəlif ölkələrin 10 vətəndaşı azad edilib və ailələrinə qovuşmaq imkanı qazanıb. Azad edilənlər arasında Belarus vətəndaşları da var ki, onlar ölkənin milli təhlükəsizliyi və müdafiəsi maraqlarına xüsusi əhəmiyyətli tapşırıqları yerinə yetiriblər.
Məhbus mübadiləsi Lukaşenkoya dost ölkələrin bəzi liderləri tərəfindən müraciət edildikdən sonra baş verir.
Bizimyol.info






