Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Əraqçi İranın ABŞ tələblərinə dair mövqeyini Pakistana çatdırıb
Əraqçi İranın ABŞ tələblərinə dair mövqeyini Pakistana çatdırıb

İranın xarici işlər naziri Abbas Əraqçi Tehranla Vaşinqton arasında dialoqda vasitəçi rolunu oynayan Pakistan tərəfinə ölkəsinin nizamlanma ilə bağlı mövqeyini və ABŞ-ın tələblərinə dair iradlarını çatdırıb.

Bizimyol.info xəbər verir ki, bu barədə "Al Jazeera" telekanalı məlumat yayıb.

Məlumata görə, Araqçi İslamabadda Pakistan ordusunun Baş Qərargah rəisi ilə görüşü zamanı “İranın mövqeyini və ABŞ-ın tələbləri ilə bağlı Tehranın qeyd-şərtlərini açıqlayıb”.

Bildirilir ki, görüş zamanı regionda sülh və sabitliyin möhkəmləndirilməsi üçün əməkdaşlıq məsələləri də müzakirə olunub.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »