Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXIX tura start veriləcək.
Günün ilk oyununda "İmişli" "Sumqayıt"ı qəbul edəcək. Quba Olimpiya İdman Kompleksində təşkil olunacaq görüş saat 16:00-da başlayacaq.
Qonaqlar 35 xalla 7-ci, nominal meydan sahibləri isə 29 xalla 9-cu yerdədir.
Günün son görüşündə "Qəbələ" "Araz-Naxçıvan"la üz-üzə gələcək. Matç saat 18:30-da start götürəcək.
Naxçıvan klubu 39 xalla 6-cı, "Qəbələ" isə 19 xalla 11-ci yerdədir.
Qeyd edək ki, tura aprelin 27-də yekun vurulacaq.(azərtac)






