ABŞ Sakit okeanın şərq hissəsində narkotik qaçaqmalçıları tərəfindən istifadə olunduğu ehtimal edilən bir gəmiyə zərbə endirib.
Bizimyol.info xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı məlumat yayıb.
“Kəşfiyyat məlumatları gəminin Sakit okeanın şərqində məlum narkotik qaçaqmalçılığı marşrutları ilə hərəkət etdiyini və narkotik daşınmasında istifadə olunduğunu təsdiqləyib”, - deyə Komandanlığın "X" platformasındakı paylaşımında bildirilir.
Qeyd olunub ki, zərbə nəticəsində iki nəfər həlak olub, ABŞ hərbçiləri arasında xəsarət alan olmayıb.
Bizimyol.info






