Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tramp Şumeri istefaya çağırdı
Tramp Şumeri istefaya çağırdı

ABŞ prezidenti Donald Trump Senatda Demokratlar Partiyasının azlıq lideri Çak Şumeri istefaya çağırıb.

Bizimyol.info xəbər verir ki, o, bu barədə "Truth Social" platformasında paylaşım edib.

“Hesab edirəm ki, “ağlayan” Çak Şumer buna görə istefa verməlidir. Onun gedişinə heç kim kədərlənməyəcək”, – deyə Tramp yazıb.

ABŞ lideri bu sözlərlə NBPC həmkarlar ittifaqının yaydığı açıqlamaya münasibət bildirib. Həmin açıqlamada Şumer ABŞ-ın Sərhəd Xidməti, həmçinin İmmiqrasiya və Gömrük Mühafizəsi Xidmətinin (ICE) əməkdaşlarına qarşı “hücum etməkdə” ittiham olunub.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »