ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə birbaşa əlaqənin davam etdirilməsini dəstəklədiyini bildirib.
Bizimyol.info xəbər verir ki, o, bu mövqeyi Ağ Evdə jurnalistlərlə görüşündə bildirib.
Rusiya liderinin dekabr ayında ABŞ-da keçiriləcək G20 sammitinə dəvət edilməsi ehtimalını müzakirə edən Amerika lideri bildirib ki, o, "hər kəslə danışmağın vacib olduğunu düşünür". Tramp qeyd edib ki, "mən müharibə getdiyi üçün onunla danışmayacağımı deyən adamlardan deyiləm".
"Əgər ağıllı, emosiyalarınızı və nəzarət edilməli olan digər şeyləri idarə edə bilən bir insansınızsa, hər kəslə danışmağı sevirəm. Mən tamamilə danışmağın tərəfdarıyam", - deyə ABŞ prezidenti qeyd edib. O əlavə olaraq bildirib ki, ABŞ Ukrayna böhranının "həll edilməsi üzərində işləməyə davam edir".
Qadir, Bizimyol.info






